Bank Of Baku

ABŞ-da festival zamanı baş verən atışmada 2 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-da festival zamanı baş verən atışmada 2 nəfər ölüb, 5 nəfər yaralanıb
# 27 iyul 2026 08:22 (UTC +04:00)

ABŞ-ın Sietl şəhərində keçirilən qastronomiya festivalı zamanı baş verən silahlı insident nəticəsində iki nəfər ölüb, daha beş nəfər yaralanıb.

Bu barədə "Seattle Times" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin mərkəzində keçirilən və minlərlə insanın iştirak etdiyi "Bite of Seattle" festivalı zamanı baş verib.

Yaralananlardan dördü xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.

Yüngül xəsarət alan daha bir nəfər isə hospitalizasiya olunmaqdan imtina edib.

Sietl polis idarəsi faktla bağlı araşdırma aparıldığını bildirib.

Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılıb-saxlanılmadığı hələlik açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR