Bank Of Baku

Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb, 16 minə yaxın şəxsin ərizəsi təsdiqlənib

Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb, 16 minə yaxın şəxsin ərizəsi təsdiqlənib
# 27 iyul 2026 10:01 (UTC +04:00)

Magistratura səviyyəsinə ixtisaslaşma seçiminin vaxtı bu gün saat 13:00-dək uzadılıb.

Bu barədə APA-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 27 iyul saat 13:00-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar.

Qeyd edək ki, 27 iyul saat 09:15-ə olan məlumata əsasən 15633 bakalavr (Azərbaycan bölməsi – 14251, rus bölməsi - 1382) ərizəsini təsdiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR