ABŞ və Səudiyyə Ərəbistanı Ər-Riyadın İsraillə münasibətlərinin normallaşdırılması məsələsini müzakirə edir.
Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "NBC" telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının nüvə proqramı ilə bağlı sazişin əsas müddəaları razılaşdırılıb və hazırda tərəflər İsraillə münasibətlərin normallaşdırılması istiqamətində danışıqları davam etdirirlər.
Qeyd edək ki, ABŞ Energetika Nazirliyi iyulun 22-də Vaşinqtonun Səudiyyə Ərəbistanının dinc nüvə proqramına dəstək göstərməsini nəzərdə tutan sazişin Konqresə təqdim edildiyini açıqlamışdı.