Bank Of Baku

ABŞ-da məktəbli avtobusu aşıb, 11 uşaq xəsarət alıb

ABŞ-da məktəbli avtobusu aşıb, 11 uşaq xəsarət alıb
# 05 avqust 2023 12:08 (UTC +04:00)

ABŞ-ın Aydaho ştatında məktəbli avtobusunun aşması nəticəsində 11 uşaq xəsarət alıb.

APA xəbər verir ki, bu barədə ştatın Polis Departamenti məlumat yayıb.

Qeyd olunub ki, qəza zamanı avtobusda ümumilikdə 30 nəfər olub.

13-18 yaşlı uşaqları yay düşərgəsinə aparan avtobusun qəzaya uğraması nəticəsində xəsarət alanlar arasında 7 nəfərin vəziyyəti ağırdır, 4 nəfər isə həyatı üçün təhlükəli olmayan xəsarətlər alıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR