Bank Of Baku

ABŞ-da məxfi sənədləri sızdırmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO - VİDEO

ABŞ-da məxfi sənədləri sızdırmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO  - VİDEO
# 13 aprel 2023 23:19 (UTC +04:00)

ABŞ hüquq-mühafizə orqanları cümə axşamı Pentaqonun məxfi sənədlərini sızdırmaqda şübhəli bilinən Amerika vətəndaşını həbs edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkənin ədliyyə naziri - baş prokuror Merrik Qarland təsdiqləyib.

“Bu gün ABŞ Ədliyyə Departamenti milli müdafiə məxfi məlumatlarının icazəsiz çıxarılması, saxlanması və yayılması ilə bağlı aparılan təhqiqatla əlaqədar Cek Duqlas Teyşeranı həbs edib. Onun sözlərinə görə, FTB agentləri günortadan sonra Teyşeranı insidentsiz yaxaladılar.

Saxlanılan şəxs 21 yaşındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR