Bank Of Baku

ABŞ-da polis helikopteri ilə toqquşan təyyarənin pilotu ölüb

ABŞ-da polis helikopteri ilə toqquşan təyyarənin pilotu ölüb
# 21 avqust 2026 03:45 (UTC +04:00)

ABŞ-ın Pensilvaniya ştatında kiçik təyyarə ilə polis helikopterinin toqquşması nəticəsində təyyarənin pilotu ölüb, helikopterdəki iki polis əməkdaşı yaralanıb.

APA xəbər verir ki, hadisə “Cessna 150” tipli təyyarənin eniş zamanı istiqamətini dəyişərək yerə yaxın uçan Bell 407 tipli polis helikopterinə çırpılması nəticəsində baş verib.

Pensilvaniya polisi toqquşmadan sonra təyyarənin parçalandığını və pilotun öldüyünü açıqlayıb.

ABŞ Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisəni havada toqquşma kimi qiymətləndirib.

Qəza ilə bağlı araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR