Bank Of Baku

Zelenski “Maşa və Ayı” cizgi filminin yaradıcılarına qarşı sanksiyalar tətbiq edib

Zelenski “Maşa və Ayı” cizgi filminin yaradıcılarına qarşı sanksiyalar tətbiq edib
# 21 avqust 2026 02:13 (UTC +04:00)
0:00 / 0:00
80%

Ukrayna prezidenti Volodimir Zelenski “Maşa və Ayı” cizgi filminin yaradıcılarına qarşı sanksiyalar tətbiq edib.

APA xəbər verir ki, sanksiyalar Ukrayna ərazisində cizgi filminin yayımlanmasını qadağan edir və onun sosial şəbəkə hesablarının ölkədə bloklanmasını nəzərdə tutur.

Sanksiya siyahısına “Animakkord” studiyası, onun təsisçisi və baş direktoru, həmçinin serialın ssenari müəllifi, rejissoru, prodüseri və həmmüəllifi daxil edilib.

Bundan başqa, Zelenskinin imzaladığı digər qərarlarla 28 Rusiya vətəndaşına, 36 Rusiya və bir Çin şirkətinə, eləcə də “Rusal” qrupunun 5 müəssisəsinə və onlarla əlaqəli 9 Rusiya vətəndaşına sanksiya tətbiq olunub.

Sanksiyalar Ukrayna ərazisində aktivlərin bloklanması, lisenziyaların ləğvi, intellektual mülkiyyət obyektlərinin ötürülməsinə qadağa, ticarət sazişlərinin dayandırılması və digər məhdudiyyətləri nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR