Bank Of Baku

ABŞ-da yaşayış binasında partlayış olub, azı 4 nəfər ölüb

ABŞ-da yaşayış binasında partlayış olub, azı 4 nəfər ölüb
# 13 avqust 2023 09:03 (UTC +04:00)

ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhəri ətrafında yaşayış binasının partlaması nəticəsində azı 4 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Zərərçəkmişlərdən biri ağır vəziyyətdə reanimasiyadadır, digəri isə itkin düşüb. Yaşayış binalarından birində baş verən partlayış yanğına səbəb olub, qonşu binalara ziyan dəyib. Nəticədə 3 ev tamamilə yanıb.

Hadisə yerində 18 təcili yardım briqadası işləyir, əlverişsiz hava şəraiti ilə əlaqədar fasilələr vermək məcburiyyətindədirlər.

Partlayışın səbəbləri hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR