Bank Of Baku

ABŞ-də 22 nəfəri öldürüb, 60 nəfəri yaralayan şəxs intihar edib

ABŞ-də 22 nəfəri öldürüb, 60 nəfəri yaralayan şəxs intihar edib
# 28 oktyabr 2023 10:15 (UTC +04:00)

Amerikanın Men ştatının Lyuiston şəhərində baş verən atışmada şübhəli bilinən şəxsin meyiti tapılıb.

APA xəbər verir ki, bu barədə NBC News hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Hələlik rəsmi təsdiq olmasa da, şübhəli 40 yaşlı Robert Cardın intihar etdiyi deyilir.

Qeyd edək ki, oktyabrın 26-da ABŞ-də silahlı insident olub. Silahlı şəxs restoran, mağaza və əyləncə mərkəzinə daxil olaraq atəş açıb. Atışma nəticəsində 22 nəfər ölüb, 60 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR