Vaşinqtonda ABŞ Konqresinin binası yaxınlığında Qəzza zolağında atəşkəsə dəstək nümayişləri zamanı yüzə yaxın adam saxlanılıb.
APA xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bəzilərinin artıq üç polis avtobusuna mindirildiyi, bəzilərinin isə hələ də öz növbəsini gözlədiyi qeyd edilir.
Polisin müharibə əleyhdarı fəalları ABŞ Konqresinin binasından uzaqlaşdırdığı da bildirilib.
***
Saat 01:19
ABŞ Konqresinin binasındakı etiraz aksiyasının təşəbbüskarlarından biri olan Sülh Naminə Yəhudi Səsi təşkilatı nümayişlərdə 10 min insanın iştirak etdiyini bildirib.
APA xəbər verir ki, bu barədə "The Hill" xəbər verir.
Daha 500 nəfərin binaya daxil olduğu bildirilir.
Nümayişçilər Konqresi İsraillə HAMAS arasında atəşkəs üçün tədbirlər görməyə çağırıb və ABŞ hakimiyyətindən narazılıqlarını ifadə ediblər.
Etirazçılardan saxlanılanlar var.
Üç nəfər polis əməkdaşına hücum etməkdə şübhəli bilinir.
***
Saat 00:32
Qəzza zolağında atəşkəs tələbi ilə çıxış edən nümayişçilər ABŞ-də Kapitoli binasına soxulublar.
APA xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Mühafizəçilər etirazçıları mühasirəyə alıb və bəzi insanları binadan çıxarmağa çalışırlar.