ABŞ-də pilot katapult etdikdən sonra Cənubi Karolinada F-35 qırıcı təyyarəsi axtarılır.
APA-nın xəbərinə görə, bu barədə Associated Press (AP) hərbi nümayəndələrə istinadən məlumat yayıb.
Sentyabrın 17-də qırıcı pilot yerli vaxtla saat 14:00 radələrində Şimali Çarlston (Cənubi Karolina ştatı) şəhəri yaxınlığından katapult edib. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir.
Hərbçinn adı açıqlanmayıb.