Bank Of Baku

ABŞ-də məktəb avtobusunun qəzaya düşməsi nəticəsində 11 nəfər xəsarət alıb

ABŞ-də məktəb avtobusunun qəzaya düşməsi nəticəsində 11 nəfər xəsarət alıb
# 05 avqust 2023 06:09 (UTC +04:00)

ABŞ-nin Aydaho ştatında məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb.

APA ABC telekanalına istinadən xəbər verir ki, nəticədə 11 nəfər xəsarət alıb, onlardan yeddisinin vəziyyəti ağır qiymətləndirilir.

Telekanal xəbər verir ki, avtobusda 30 uşaq olub.

Ştat polisinin məlumatına görə, uşaqların yaşı 13-18 arasındadır. Onların hamısı müayinə olunmaq üçün xəstəxanalara aparılıb.

Hüquq-mühafizə orqanları qəzanın səbəblərini öyrənməyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR