Bank Of Baku

ABŞ Dövlət Departamenti Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı proqnozdan imtina edib

ABŞ Dövlət Departamenti Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı proqnozdan imtina edib
# 12 iyul 2023 01:34 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Ukraynanın NATO-ya daxilolma vaxtını və münaqişənin başa çatması üçün şərtləri proqnozlaşdırmaqdan imtina edib.

APA xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə bildirib. O deyib: “Biz hər hansı vaxt müddəti qoymuruq. Düşünmürəm ki, bunu etmək məqsədəuyğundur, çünki alyansın bu gün kommünikedə qeyd etdiyi kimi, alyans üzvləri göstərilən şərtlərin yerinə yetirilməsi ilə razılaşan zaman Ukraynaya dəvət göndərməyə hazır olacaqlar”.

M.Miller, həmçinin hərbi əməliyyatlar bitməyənədək Kiyevin NATO-ya qəbulunun mümkünsüzlüyü ilə bağlı Vaşinqtonun mövqeyini təsdiqləyib, çünki əks halda ABŞ Rusiya ilə münaqişə vəziyyətində ola bilərdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR