Bank Of Baku

ABŞ dövlət katibi: Sudandakı münaqişə bütün region üçün təhlükə yarada bilər

Entoni Blinken

© APA | Entoni Blinken

# 17 aprel 2023 11:40 (UTC +04:00)

Sudandakı münaqişə bütün region üçün təhlükə yarada bilər.

APA “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Yaponiyada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken G7 xarici işlər nazirlərinin görüşündə deyib.

Blinkenin bu mövqeyi Böyük Britaniyanın XİN başçısı Ceyms Kleverli tərəfindən də dəstəklənib.

“Sudandakı münaqişə təkcə ölkənin mülki əhalisi üçün deyil, potensial olaraq bütün region üçün təhlükə yaradır. Orada baş verən silahlı toqquşmalar və zorakılıqlarla bağlı ciddi narahatlıq mövcuddur”, - deyə Blinken vurğulayıb.

Xatırladaq ki, aprelin 15-dən etibarən Sudanda ölkə ordusunun bölmələri ilə xüsusi təyinatlılar arasında silahlı toqquşmalar davam edir.

Ölkənin bir sıra əyalətlərində hazırda vəziyyət getdikcə daha da kəskinləşir, tərəflər humanitar dəhlizlərin açılmasına razılıq versələr də, danışıqlara və hərbi əməliyyatların dayandırılmasına hazır olduqlarını bəyan etmirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR