ABŞ-nin maliyyə naziri Cenet Yellen Fransa və Böyük Britaniyadan olan həmkarları ilə Ukraynaya maliyyə dəstəyinin davam etdirilməsi və Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini müzakirə edib.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin görüşün yekunlarına dair açıqlamasında bildirilib.