Bank Of Baku

ABŞ FTB Ekvadorda prezidentliyə namizədin qətlinin araşdırılmasına kömək edəcək

ABŞ FTB Ekvadorda prezidentliyə namizədin qətlinin araşdırılmasına kömək edəcək
# 10 avqust 2023 18:58 (UTC +04:00)

ABŞ Prezidenti Co Baydenin Administrasiyası prezidentliyə namizəd Fernando Villavisensionun qətlinin araşdırılmasına kömək məqsədilə Ekvadora Federal Təhqiqat Bürosunun əməkdaşlarını göndərmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, Vaşinqton FTB əməkdaşlarının bu işə cəlb olunmasını təklif edib.

Dövlət katibinin köməkçisi Brayan Nikols, Villavisensionun qətlini demokratiyaya qarşı hücum kimi dəyərləndirib.

Qeyd edək ki, Fernando Villavisensio avqustun 9-da paytaxt Ekvadorda seçkiqabağı tədbirdə qətlə yetirilib. Hadisə zamanı daha 9 nəfər yaralanıb. Ölkənin Baş Prokurorluğundan bildirilib ki, hadisəni törətməkdə təqsirli bilinənlərdən biri atışmada öldürülüb.

Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri avqustun 20-də keçiriləcək.

Sorğuların nəticəsinə görə, Fernando Villavisensio populyarlığına görə 4-5-ci yerləri tuturdu.

Ekvador Prezidenti Gilyermo Lasso prezidentliyə namizəd Fernando Villavisensionun qətlə yetirilməsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. O, Silahlı Qüvvələrin vətəndaşların təhlükəsizliyinin və ölkədə əmin-amanlığın təmin olunması, azad, demokratik seçkilərin keçirilməsi üçün səfərbər olunduğunu deyib.

Fövqəladə vəziyyət rejimi 60 gün davam edəcək.

Prezident Lasso 3 günlük milli matəm elan olunması barədə Fərman da imzalayıb.

Ekvadorda prezidentliyə namizədin qətlinə görə məsuliyyəti cinayətkar dəstə öz üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR