F-16 təyyarələri Kiyevə verildikdən sonra Ukraynada yerləşdiriləcək.
APA xəbər verir ki, bu barədə Vaşinqtonda hərbi müşahidəçilər qrupu ilə görüşdə TASS-ın suallarını cavablandıran ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendal bildirib.
“Söhbət Ukraynanın aktivlərindən gedir, NATO-nun aktivlərindən yox. Əgər onlar Ukrayna Hərbi Hava Qüvvələrinin bir hissəsi olarsa, güman edirəm ki, onlar Ukraynada yerləşdiriləcəklər”, - o deyib.