Bank Of Baku

ABŞ HHQ-yə məxsus təyyarə Aralıq dənizi sularında qəzaya uğrayıb

ABŞ HHQ-yə məxsus təyyarə Aralıq dənizi sularında qəzaya uğrayıb
# 12 noyabr 2023 02:19 (UTC +04:00)

Noyabrın 10-da ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə təlim uçuşu zamanı Aralıq dənizinə düşüb.

APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının mətbuat xidməti məlumat yayıb.

“Noyabrın 10-da axşam saatlarında Amerika hərbi təyyarəsi qəzaya uğrayaraq Yerə çırpılıb”, - bəyanatda deyilir.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, təlim uçuşları Aralıq dənizinin şərqində həyata keçirilib.

Komandanlıq təyyarə və ekipaj üzvləri ilə bağlı təfərrüatları açıqlamayıb. Həmçinin ölən və yaralananlar barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR