Bank Of Baku

ABŞ hipersəs sürətli raketi sınaqdan çıxarıb

ABŞ hipersəs sürətli raketi sınaqdan çıxarıb
# 22 avqust 2023 02:09 (UTC +04:00)

ABŞ Hərbi Hava Qüvvələri ARRW (Air-Launched Rapid Response Weapon - Havadan Atılan Sürətli Cavab Silahı) proqramı çərçivəsində hipersəs sürətli raket prototipinin ilk sınağını keçirib.

APA xəbər verir ki, bu barədə Amerikanın həftəlik “Defence News” nəşri ABŞ ordusuna istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, avqustun 19-da Cənubi Kaliforniya sahillərində Boeing B-52H Stratofortress strateji bombardmançı təyyarəsi ARRW proqramı çərçivəsində hazırlanmış AGM-183A hipersəs raketini atıb. ABŞ ordusu sınağın uğurlu olub-olmadığını dəqiqləşdirmir. Bildirilir ki, ARRW-nin “imkanları haqqında dəyərli məlumatlar” əldə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR