ABŞ "vəziyyəti izləmək" və "ABŞ-ın maraqlarını və regionda naviqasiya azadlığını qorumaq" üçün F-35 və F-16 qırıcıları ilə birlikdə USS Thomas Hubner təyyarədaşıyan gəmisini Hörmüz boğazına göndərəcək.
APA xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.
Sinq əlavə edib ki, Pentaqon “öz mövcudluğunu və Hörmüz boğazında və ona bitişik sularda vəziyyətə nəzarət etmək imkanını” genişləndirmək niyyətindədir.