Bank Of Baku

ABŞ-ın nüvə sualtı qayığı Yaxın Şərqə çatıb

ABŞ-ın nüvə sualtı qayığı Yaxın Şərqə çatıb
# 06 noyabr 2023 11:37 (UTC +04:00)

ABŞ ordusuna məxsus nüvə sualtı qayığı Yaxın Şərqə çatıb.

APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, Ohayo (Ohio) sinfinə aid sualtı qayıq yeni nəsil idarə olunan “Tomahawk” uzaqmənzilli raketləri ilə təchiz edilib.

Komandalığın sözlərinə görə, sualtı qayığın Yaxın Şərqə gəlməsi HAMAS-İsrail münaqişəsinin daha da genişlənməsinə çalışan qüvvələri çəkindirmək məqsədi daşıyır.

Həmçinin əlavə olunub ki, 154 ədəd “Tomahawk” qanadlı raketini daşıya bilən sualtı qayıq Misir paytaxtı Qahirənin şimal-şərqində Süveyş kanalından keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR