Bank Of Baku

ABŞ-ın təyyarədaşıyan gəmisi Cənubi Koreyaya gedir

ABŞ-ın təyyarədaşıyan gəmisi Cənubi Koreyaya gedir
# 10 oktyabr 2023 10:49 (UTC +04:00)

ABŞ ordusunun "Ronald Reagan" təyyarədaşıyan gəmisi bu həftə Cənubi Koreyanın Pusan şəhərindəki bazaya gedəcək.

APA xəbər verir ki, bu barədə “Yonhap News Agency” Cənubi Koreyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, tərkibində təyyarədaşıyan gəmi, “Aegis” raketdən müdafiə sistemi ilə təchiz edilmiş “USS Shoup” esminesi və digər döyüş gəmilərinin daxil olduğu qrup beş günlük səfərlə Pusan dəniz bazasına gedəcək.

Qeyd edək ki, ABŞ gəmilərinin Pusan hərbi dəniz bazasına səfəri ötən ayın əvvəlində Şimali Koreyanın yeni taktiki nüvə zərbəsi üçün nəzərdə tutulan sualtı qayığı nümayiş etdirməsindən və bu ayın əvvəli hərbi casus peykini orbitə çıxaracağına söz verdikdən sonra Koreya yarımadasında gərginliyin artdığı bir dövrə təsadüf edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR