Bank Of Baku

ABŞ-ın Ukraynaya ayırdığı yardımın 65 milyard dolları hələ istifadə olunmayıb

ABŞ-ın Ukraynaya ayırdığı yardımın 65 milyard dolları hələ istifadə olunmayıb
# 14 noyabr 2026 02:48 (UTC +04:00)

ABŞ Konqresinin Ukraynaya yardım üçün təsdiqlədiyi vəsaitin təxminən 65 milyard dolları hələ ayrılmaq üçün əlçatan olaraq qalır.

APA xəbər verir ki, bu barədə Pentaqon, ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni hesabatda bildirilib.

Sənədə əsasən, 2022-ci ilin fevralından etibarən ABŞ Konqresi Ukraynaya müxtəlif yardım proqramları çərçivəsində ümumilikdə 198,59 milyard dollar ayırıb.

Sentyabrın 30-na olan məlumata görə, həmin vəsaitin 64,96 milyard dolları mümkün gələcək ayırmalar üçün əlçatan olaraq qalır.

Hesabatda, həmçinin qeyd olunub ki, NATO və Avropa İttifaqı 2026-cı ilin üçüncü rübünün sonunadək Ukraynaya ümumilikdə 239 milyard dollardan çox yardım göstərməyi öhdələrinə götürüblər.

Beləliklə, ABŞ və onun xarici tərəfdaşlarının Ukraynaya yardım üzrə ümumi maliyyə öhdəlikləri ən azı 437,59 milyard dollar təşkil edir.

Qeyd edək ki, hesabat 2026-cı il iyulun 1-dən sentyabrın 30-dək olan dövrü əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR