Bank Of Baku

ABŞ İrana qarşı sanksiyalar siyahısını yeniləyib

ABŞ İrana qarşı sanksiyalar siyahısını yeniləyib
# 15 sentyabr 2023 17:29 (UTC +04:00)

ABŞ İrana qarşı sanksiyalar siyahısını yeniləyib.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) 29 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib. Rejimin təhlükəsizlik qüvvələrinin, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Hüquq-Mühafizə Qüvvələrinin (LEF) 18 üzvü; İran Həbsxana Təşkilatının rəhbəri; rejimin sistematik senzurası və internetə çıxışın bloklanması ilə əlaqədar üç şəxs və bir şirkət; rejimin nəzarətində olan media orqanları – Fars News, Tasnim News və Press TV və üç yüksək vəzifəli məmur sanksiya tətbiq olunanlar arasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR