ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Suriya və İraqda İŞİD-dən azad edilən ərazilərə təxminən 150 milyon dollar yardım ayıracağını bildirib.
APA xəbər verir ki, bu barədə dövlət katibi Blinken İŞİD-ə qarşı Mübarizə üzrə Qlobal Koalisiyanın Səudiyyə Ərəbistanında keçirilən iclasında elan edib.
Blinken bildirib ki, ABŞ-ın bu yardımı 600 milyon dollardan çox olan yeni maliyyələşdirmənin bir hissəsidir.