Bank Of Baku

ABŞ-Kanada sərhədindəki körpüdə partlayış zamanı 2 nəfər ölüb- VİDEO - YENİLƏNİB

ABŞ-Kanada sərhədindəki körpüdə partlayış zamanı 2 nəfər ölüb- VİDEO  - YENİLƏNİB
# 23 noyabr 2023 02:26 (UTC +04:00)

ABŞ-Kanada sərhədində partlayan avtomobil oğurluq olub.

APA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Avtomobildə olan iki nəfər yüksək sürətlə sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən nəzarət-buraxılış məntəqəsi ilə toqquşub, nəticədə partlayış baş verib. Avtomobildə olanlar ölüb, körpünün mühafizəçisi yaralanıb.

Hadisə yerində içində partlayıcı qurğu ola bilən portfel aşkar edilib.

***

23.02

ABŞ-Kanada sərhədindəki Niaqara şəlaləsi üzərindəki körpü güclü partlayış nəticəsində 2 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

İlkin məlumatlara görə, Kanadadan ABŞ-a daxil olan avtomobildə partlayış baş verib.

Fövqəladə vəziyyətin səbəbləri açıqlanmayıb. FTB araşdırma aparır. 2 ölkəni birləşdirən körpü bağlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR