Bank Of Baku

ABŞ kəşfiyyatı: Kremlə hücumun müstəqil qiymətləndirilməsi üçün əlimizdə məlumat yoxdur

ABŞ kəşfiyyatı: Kremlə hücumun müstəqil qiymətləndirilməsi üçün əlimizdə məlumat yoxdur
# 04 may 2023 19:30 (UTC +04:00)

Hazırkı mərhələdə ABŞ administrasiyasında Ukraynanın dronlarla Kremlə hücum cəhdini müstəqil qiymətləndirməyə imkan verəcək məlumat yoxdur.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Avril Heyns bildirib.

Senatın Silahlı Qüvvələr Komitəsinin iclasında Kremlə pilotsuz təyyarə hücumu ilə bağlı şərh verilməsi istənilən direktor deyib: “Aydındır ki, siz Ukrayna hökumətinin bu işdə hər hansı iştirakı inkar etdiyini gördünüz və indiki mərhələdə bizim bunu müstəqil qiymətləndirməyə imkan verəcək məlumatımız yoxdur”.

Dinləmələrdə də iştirak edən ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəhbəri Skott Berrierin sözlərinə görə, bu, Rusiya tərəfinin “dezinformasiya” ola bilər. O, hesab edib ki, istifadə edilən pilotsuz təyyarələr çox güman Kremlə ciddi ziyan vura bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR