ABŞ Kolumbiyanın yeni Prezidenti Abelardo de la Espriellanın administrasiyasına dəstək məqsədilə 1 milyard dollar ayıracaq.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.
Sənədə əsasən, Donald Tramp administrasiyası Konqreslə əməkdaşlıq çərçivəsində yeni prezidentə dəstək məqsədilə təhlükəsizlik sahəsində yardım paketinin bir hissəsi kimi 1 milyard dollar ayrılacağını açıqlamağı planlaşdırır.
Vəsaitlərin ABŞ ilə birgə mütəşəkkil cinayətkarlığa və narkotik ticarətinə qarşı mübarizəyə yönəldilməsi nəzərdə tutulur.
Bundan əlavə, vəsaitin bir hissəsinin iqtisadi layihələrin, ticarətin və kritik əhəmiyyətli mineralların hasilatının inkişafına sərf olunacağı bildirilir.