Bank Of Baku

İspaniya İtaliyadan gələn sərnişinlər üçün sərhəd nəzarəti tətbiq edəcək

İspaniya İtaliyadan gələn sərnişinlər üçün sərhəd nəzarəti tətbiq edəcək
# 07 avqust 2026 23:51 (UTC +04:00)

İspaniya hökuməti İtaliyadan gələn sərnişinlər üçün liman və hava limanlarında daxili sərhəd nəzarətinin müvəqqəti tətbiqinə qərar verib.

Bu barədə "El Pais" məlumat yayıb.

Məlumata görə, nəzarət avqustun 8-dən qüvvəyə minəcək və sərnişinlərin şəxsiyyət sənədləri və vətəndaşlığının yoxlanılmasını nəzərdə tutur. Yoxlamalar seçmə qaydada aparılacaq və vəziyyətin dəyişməsi ilə bağlı qərar qəbul edilmədiyi təqdirdə sentyabrın 7-dək davam edəcək.

Qeyd edək ki, iyulun sonunda on minlərlə qeyri-qanuni miqrant üzərək, həmçinin Mərakeşlə İspaniyanın Seuta şəhərini ayıran dalğaqıranı keçərək şəhərə daxil olub. Bundan sonra İspaniya hakimiyyəti təhlükəsizliyin təmin olunmasına kömək məqsədilə hərbçiləri bölgəyə cəlb edib.

Məlumata görə, miqrantların böyük əksəriyyəti artıq Mərakeşə qayıdıb.

Bundan sonra İtaliya İspaniya ilə Şengen sazişinin qüvvəsini müvəqqəti dayandırıb. İspaniya Xarici İşlər Nazirliyi isə bu qərarı əsassız adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR