Bank Of Baku

ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini təsdiqləyib

ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini təsdiqləyib
# 07 avqust 2026 22:16 (UTC +04:00)

ABŞ Konqresinin Senatı Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

APA xəbər verir ki, səsvermə Senatın saytında yayımlanıb.

Təşəbbüsün lehinə 86 senator, əleyhinə isə 11 senator səs verib.

Gözlənilir ki, sənədə sentyabr ayında Konqresin Nümayəndələr Palatasında baxılacaq. Aşağı palatada bəzi konqresmenlərin layihəyə qarşı çıxacağı istisna edilmir. Buna səbəb Rusiya və İranla bağlı yeni gömrük rüsumlarının tətbiqinin nəzərdə tutulmasıdır.

Senatorlar avqustun 7-də ABŞ prezidentinin Rusiya nefti və qazını idxal edən ölkələrə gömrük rüsumları tətbiq etmək səlahiyyətini məhdudlaşdıran düzəlişin əleyhinə də səs veriblər.

Senatdakı səsvermə qanunvericilərin beş həftəlik yay tətilinə çıxmasından əvvəl keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR