ABŞ “M1 Abrams” tanklarını bu ilin sonuna qədər Ukraynaya göndərəcək.
APA xəbər verir ki, bu barədə Pentaqon rəsmisi Patrik Rayder bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda Almaniyaya çatdırılacaq tanklar Ukraynaya göndərilməyəcək. Onlar Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin təlimi üçün istifadə olunacaq.