Vermont və Massaçusets ştatlarının bəzi əyalətlərində ağcaqanadların daşıdığı təhlükəli virusun yayılması səbəbindən komendant saatı tətbiq edilib.
APA xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
“Vermont əyalətdə ölümcül virusun yayılmasının qarşısını almaq üçün ictimai tədbirləri təxirə salan ikinci ştat oldu”, - Məlumatda deyilir.
Nəşrin qeyd etdiyinə görə, oxşar məhdudiyyətlər Massaçusetsdə də tətbiq edilib.