Bank Of Baku

ABŞ-nin ikinci təyyarədaşıyan gəmisi Aralıq dənizinə yollanıb

ABŞ-nin ikinci təyyarədaşıyan gəmisi Aralıq dənizinə yollanıb
# 15 oktyabr 2023 08:01 (UTC +04:00)

ABŞ Aralıq dənizinin şərqinə ikinci təyyarədaşıyan gəmi göndərib.

APA xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin bildirib.

O, bu qərarı İsrailə qarşı aqressiv hərəkətlərin qarşısını almaq və HAMAS-ın İsrail ərazisinə hücumundan sonra daha böyük müharibəni qızışdırmaq cəhdləri ilə izah edib.

“ABŞ-nin hərbi mövcudluğunun bu şəkildə genişləndirilməsi bizim İsrailin təhlükəsizliyini təmin etmək üçün güclü öhdəliyimizi və dövlətlərin və ya qrupların bu müharibəni qızışdırmaq cəhdlərinin qarşısını almaq istəyimizi nümayiş etdirir”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, bu həftənin əvvəlində “Gerald R. Ford” təyyarədaşıyan gəmisi Aralıq dənizinin şərqinə gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR