ABŞ-nin sabiq dövlət katibi Henri Kissincer vəfat edib

ABŞ-nin sabiq dövlət katibi Henri Kissincer vəfat edib
# 30 noyabr 2023 06:00 (UTC +04:00)

ABŞ-nin keçmiş dövlət katibi Henri Kissencer vəfat edib.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nobel sülh mükafatı laureatı keçmiş dövlət katibi 100 yaşında dünyasını dəyişib.

O, 1923-cü ilin 27 may tarixində Almaniyada, Bavariya əyalətinin Fyürt şəhərində yəhudi ailəsində anadan olub.

1938-ci ildə Kissincerlər ailəsi nasist təqibindən xilas olmaq üçün ABŞ-yə yollanıb.

Henri Kissencer 1973-1977 illərdə ABŞ Dövlət Departamentinə rəhbərlik edib.

O, 2014-cü ilin oktyabrında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi medalı ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR