ABŞ Nümayəndələr Palatasının spikeri Kevin MakKarti Tayvan Prezidenti Tsai Inq-venlə görüşəcək.
APA AFP-yə istinadən xəbər verir ki, görüş Tayvan liderinin ABŞ-a səfəri çərçivəsində Kaliforniyada baş tutacaq.
"Aprelin 5-də spiker MakKarti Ronald Reyqan Prezident Kitabxanasında Tayvan Prezidenti ilə ikitərəfli görüş keçirəcək", - Nümayəndələr Palatasının spikerinin ofisinin yaydığı məlumatda bildirilib.