ABŞ nümayəndəsi iyunun 18-də Beyrutda Livanda atəşkəs şərtlərini müzakirə edəcək

Amos Hokstin

© APA | Amos Hokstin

# 16 iyun 2024 19:28 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri, Livan və İsrail arasında sərhəd məsələləri üzrə danışıqlarda vasitəçi kimi çıxış edən Amos Hokstin iyunun 18-də Beyruta səfər edəcək.

APA xəbər verir ki, Səudiyyə Ərəbistanının “Asharq al-Awsat” qəzetinin yazdığına görə, amerikalı emissarın səfəri fövqəladə xarakter daşıyır və İsrailin şimal cəbhəsində hərbi əməliyyatların miqyasını genişləndirmək planları ilə bağlıdır.

ABŞ nümayəndəsi “Beyrutda atəşkəs şərtlərini və tərəflərin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əməl etməyə qayıtmasını müzakirə edəcək", - nəşr qeyd edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR