ABŞ Ordusu Texasda helikopterlərdən birinin qəzaya uğramasından sonra “AH-64 Apache” helikopterinin təlim uçuşlarının dayandırıldığını açıqlayıb.
APA xəbər verir ki, açıqlamaya görə, ABŞ Ordusu komandanlığı qəzanın səbəbi müəyyən edilənə qədər “AH-64 Apache” təlim uçuşlarının dayandırılmasını əmr edib.
Qeyd edək ki, 12 avqustda Texasın mərkəzində Apache helikopteri qəzaya uğrayıb. Göyərtədə olan iki nəfər həlak olub.