Bank Of Baku

Əraqçi: İran və ABŞ arasında heç bir atəşkəs razılaşması olmayıb

Əraqçi: İran və ABŞ arasında heç bir atəşkəs razılaşması olmayıb
# 15 avqust 2026 01:55 (UTC +04:00)
0:00 / 0:00
80%

“ABŞ və İran arasında 60 günlük müddət yekun razılaşma üçün danışıqlar aparmaq vaxtı idi”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İran və ABŞ arasında 60 günlük atəşkəs müddətinin başa çatması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Əraqçi bildirib ki, İran və ABŞ arasında atəşkəs adlandırıla biləcək bir razılaşma olmayıb.

“Bizdə atəşkəs deyilən bir şey olmayıb. İslamabad anlaşma memorandumunda qeyd olunan məsələ müharibənin başa çatması idi”, – o bildirib.

Əraqçi əlavə edib ki, ABŞ bu anlaşma memorandumunu pozaraq qarşıdurmanı yenidən başladıb, lakin sözügedən 60 günlük müddət də atəşkəslə bağlı olmayıb.

Əraqçi ABŞ-la yeni danışıqların başladılması ilə bağlı ehtimalları da təkzib edib.

Vasitəçi ölkələrin roluna toxunan Əraqçi qeyd edib ki, Qətər və Pakistan, tərəflər arasında mesajlar mübadiləsi aparır və İranla əlaqə saxlayır. Bu isə danışıqlar aparılması demək deyil.

XİN rəhbəri ABŞ-la danışıqların yenidən başlanması barədə hələ ki, qərar qəbul edilmədiyini bildirib.

İran və Oman arasında aparılan danışıqları ABŞ-la münasibətlər məsələsindən tamamilə ayrı hesab etdiyini vurğulayan Əraqçi qeyd edib ki, İran və Oman arasında danışıqlar yalnız texniki xarakter daşıyır və Hörmüz boğazında gəmilərin hərəkəti üçün dəniz marşrutlarının müəyyənləşdirilməsinə yönəlib.

Əraqçi sonda texniki danışıqlarla Hörmüz boğazının açılması arasında hər hansı əlaqəni təkzib edərək deyib: “Dəniz marşrutunun müəyyənləşdirilməsi bir məsələ, Hörmüz boğazının açılması isə başqa məsələdir”

Nazir həmçinin vurğulayıb ki, Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-ın yerinə yetirməli olduğu digər şərtlərin reallaşmasından asılıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR