Bank Of Baku

Samuxda qarayara aşkarlanan ərazidə nəzarət postu qurulub, dezinfeksiya aparılır - FOTO

Samuxda qarayara aşkarlanan ərazidə nəzarət postu qurulub, dezinfeksiya aparılır - FOTO
# 14 avqust 2026 14:56 (UTC +04:00)

Samux rayonunun Alıuşağı kəndində qeydə alınan qarayara hadisəsi ilə bağlı nəzarət, profilaktik tədbirlər həyata keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, artıq kəndə girişdə nəzarət postu yaradaılıb.

Kəndin giriş-çıxış istiqamətlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən təsərrüfat və digər nəqliyyat vasitələrinin dezinfeksiyası həyata keçirilir.

Ət və süd məhsullarının kənd ərazisindən daşınmasına, məhsulların daşınması zamanı müəyyən edilmiş tələblərə və şərtlərə əməl olunmasına nəzarət həyata keçirilir.

Bundan başqa, yoluxma hallarının qarşısının alınması məqsədilə Samux rayonunun Alıuşağı kəndində kənd təsərrüfatı heyvanları arasında təkrar monitorinq tədbirləri həyata keçirilir və heyvanların peyvəndlənməsi işləri yenidən aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR