Bank Of Baku

ABŞ ordusu Sudandan 100-ə yaxın adamı təxliyə edib - YENİLƏNİB

ABŞ ordusu Sudandan 100-ə yaxın adamı təxliyə edib - YENİLƏNİB
# 23 aprel 2023 09:17 (UTC +04:00)

ABŞ hərbçiləri ABŞ-ın bütün dövlət qulluqçularını və onların ailələrini, həmçinin bir neçə xarici diplomatı - ümumilikdə 100-ə yaxın adamı Sudandan təxliyə edib.

APA xəbər verir ki, bu barədə jurnalistlərə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndələri əməliyyatla bağlı xüsusi telefon brifinqində məlumat veriblər.

"Əməliyyatda ümumilikdə 100-dən bir qədər çox hərbçi iştirak edib. Hərbi həmkarlarımız tərəfindən təxliyə edilənlərin sayı 100-ə yaxın olub", - rəsmilərdən biri qeyd edib.

***

08:53

ABŞ prezidenti Co Bayden ABŞ səfirliyinin əməkdaşlarının və onların ailələrinin Sudandan təxliyə edildiyini təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin saytında istinadən xəbər verir.

“Bu gün mənim əmrimlə ABŞ ordusu ABŞ dövlət işçilərinin Xartumdan çıxarılması əməliyyatı həyata keçirib. Onları uğurla təhlükəsiz yerə çatdıran hərbi qulluqçularımıza mükəmməl bacarığına görə minnətdaram. Mən əməliyyatımızın uğurunda mühüm rol oynayan Cibuti, Efiopiya və Səudiyyə Ərəbistanına təşəkkür edirəm”, - Baden bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR