ABŞ hökuməti Danimarka və Hollandiyada bunu etmək mümkün olmadıqda, Ukrayna pilotlarına öz ərazisində F-16 qırıcı-bombardmançı təyyarələrindən istifadə öyrətməyə hazırdır.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.
Sinq bildirib ki, ukraynalı pilotların F-16-nı idarə etmək üçün “ciddi ingilis hazırlığına” ehtiyacı olacaq. Təlim üçün pilotların ümumi sayını Ukrayna tərəfi müəyyən edəcək.