ABŞ Pentaqonun rəhbəri Lloyd Ostin ilə Çinin müdafiə naziri Li Şanqfu arasında görüşünün təşkili üzərində işləyir.
APA-nın xəbərinə görə, bu barədə cümə axşamı mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Onun sözlərinə görə, Vaşinqton Şanqri-La Dialoq regional təhlükəsizlik forumu çərçivəsində Sinqapurda Ostin və Li Şanqfu arasında görüş təşkil etməyə çalışır.
Tədbirin iyunun 2-4-də baş tutacağı gözlənilir.