Bank Of Baku

ABŞ Rusiya-İran əməkdaşlığına qarşı qanun layihəsi hazırlayıb

ABŞ Rusiya-İran əməkdaşlığına qarşı qanun layihəsi hazırlayıb
# 18 may 2023 03:51 (UTC +04:00)

ABŞ Rusiya ilə İran arasında əməkdaşlığın qarşısını alacaq qanun layihəsi hazırlayıb.

APA xəbər verir ki, bu barədə senator Ted Kruz məlumat verib.

"Rusiya və İran arasında əməkdaşlıq böyükdür, dərinləşir. ABŞ prezidenti Co Bayden administrasiyası buna qarşıdır", - o, Amerikanın paytaxtı Hudson İnstitutunda çıxışı zamanı deyib.

O bildirib ki, Bayden administrasiyasını bir sıra cəbhələrdə İran və Rusiya arasında əməkdaşlığa qarşı çıxmağa məcbur edir.

O izah edib ki, qanunvericilik təşəbbüsü Rusiya və İranın hərbi-texniki əməkdaşlıqda istifadə etdiyi iddia edilən banklara, neft tankerlərinə, təyyarələrə, hava limanlarına, gəmilərə və tərsanələrə qarşı Ukraynaya aid mövcud sanksiyaların tətbiqini nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR