Bank Of Baku

ABŞ Rusiya və İrana hərbi-texniki yardım edənlərə əlavə sanksiyalar tətbiq edəcək

ABŞ Rusiya və İrana hərbi-texniki yardım edənlərə əlavə sanksiyalar tətbiq edəcək
# 15 may 2023 23:49 (UTC +04:00)

ABŞ administrasiyası yaxın günlərdə Rusiya və İran arasında hərbi-texniki əməkdaşlıqda iştirak edənlərə qarşı əlavə sanksiyalar tətbiq edəcək.

APA xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Kirbinin sözlərinə görə, İran Rusiyanı əsasən pilotsuz uçuş aparatları, eləcə də artilleriya və tank mərmiləri ilə təmin edir.

Eyni zamanda o, Moskvanın daha müasir pilotsuz uçuş aparatları alınması ilə bağlı Tehranla məsləhətləşdiyini iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR