ABŞ administrasiyası bu ay San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitə Rusiya da daxil olmaqla bütün üzvlərə dəvət göndərib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu bazar ertəsi brifinqdə APEC-də yüksək vəzifəli ABŞ rəsmisi Mett Murray deyib.
O, Rusiya tərəfinin sammitə dəvət edilib-edilməməsi ilə bağlı TASS-ın sualını cavablandırıb:
"ABŞ bütün iştirakçıları dəvət edib".
Murray əlavə edib ki, ABŞ sammitin ruhuna və prinsiplərinə uyğun olaraq, qaydalara uyğun şəkildə ev sahibi kimi çıxış etmək niyyətindədir.