ABŞ Senatında demokratlar Vaşinqtonun Ukraynanın ehtiyacları üçün əlavə vəsait ayırmasını nəzərdə tutmayan İsrailə 14,3 milyard dollar yardım ayrılması ilə bağlı qanun layihəsinə baxılmasını bloklayıblar.
APA-nın məlumatına görə, bu barədə “The Washington Examiner” qəzeti yazıb.
Qanun layihəsi bu ayın əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Təşəbbüs əvvəlcə Konqresin aşağı palatasında çoxluğu təşkil edən respublikaçılar tərəfindən irəli sürülüb.
Senatdakı demokratlar təkcə İsrailə deyil, Ukraynaya da yardım göstərməyi zəruri hesab etdiklərini vurğulayıblar.