ABŞ Sudan və qonşu ölkələrə 245 milyon dollar humanitar yardım ayırdığını elan edib.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, bununla da ABŞ-ın Sudan və qonşuları Çad, Misir, Cənubi Sudan və Mərkəzi Afrika Respublikasına 2023-cü maliyyə ilində ümumi humanitar yardımı təxminən 880 milyon dollara çatıb.
"Biz məcburi köçkünlər, qaçqınlar və münaqişə səbəbindən ciddi ehtiyacları olan digər insanlar üçün qida, su, tibbi yardım və digər xilasedici yardımların təmin edilməsi üçün beynəlxalq və yerli tərəfdaşlarla işləməyə davam edəcəyik", Dövlət Departamenti bildirib.