Bank Of Baku

ABŞ Ukrayna taxılının ixracı üçün alternativ marşrutlar axtarır

ABŞ Ukrayna taxılının ixracı üçün alternativ marşrutlar axtarır
# 04 avqust 2023 08:09 (UTC +04:00)

ABŞ administrasiyası Ukrayna kənd təsərrüfatı məhsullarının ixracı üçün alternativ marşrutlar üzərində işləyir.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəhbəri Antoni Blinken bildirib.

Onun sözlərinə görə, Vaşinqton alternativ yollar - quru, çay, dəniz üzərində işləyir. O, bu variantların Qara dəniz Taxıl Təşəbbüsünü tam əvəz edə biləcəyinə əminliyini ifadə etməyib.

Öz növbəsində, Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski cümə axşamı BMT Təhlükəsizlik Şurasının iclasında qeyd edib ki, Rusiya tərəfi ilə bağlı razılaşmalar yerinə yetirilərsə, ölkəsi Qara dəniz Taxıl Təşəbbüsünə qayıtmağa hazır olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR