Bank Of Baku

ABŞ Ukraynaya 205 milyon dollar dəyərində humanitar yardım ayırıb

ABŞ Ukraynaya 205 milyon dollar dəyərində humanitar yardım ayırıb
# 17 iyun 2023 03:20 (UTC +04:00)

Birləşmiş Ştatlar Ukraynaya əlavə 205 milyon dollar dəyərində humanitar yardım ayırmağa qərar verib.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yazılı açıqlamasında qeyd olunub.

Bildirilib ki, bu növ yardım regiondakı beynəlxalq və qeyri-hökumət tərəfdaşları vasitəsilə bölüşdürülür.

Blinken əlavə edib ki, yeni tranş hesabına 2023-cü maliyyə ilində Amerikanın Kiyevə humanitar yardımının ümumi məbləği 605 milyon dollara çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR