ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya 300 milyon avro dəyərində növbəti hərbi yardım paketi ayırıldığını bəyan edib.
APA CNN-ə istinadən xəbər verir ki, Blinken paketə əlavə HIMARS sursatlarının, haubitsaların, artilleriya və tank sursatlarının, tank-əleyhinə silahların, raketlərin, kiçik silah və sursatlarının, ağır texnikanın daşınması üçün yük maşınlarının, ehtiyyat hissələrin və digər sahə ləvazimatların daxil olduğunu bildirib.
Qeyd edək ki, bu, müharibə başladıqdan sonra ABŞ-ın Ukraynaya 37-ci təhlükəsizlik yardım paketidir.